Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
Turun açılış matçında "Lester" "Brayton"u qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.
 
Son turda "Mançester Yunayted"lə qollu bərabərə qalan (1:1) "Tottenhem", bu dəfə "Vest Hem"lə münasibətlərinə aydınlıq gətirib. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
İngiltərə Premyer Liqası
31-ci tur
23 iyun
 
Lester – Brayton 0:0
 
Tottenhem – Vest Hem 2:0
Qol: Souçek, 64-öz qapısına. H.Keyn, 82.
 
24 iyun
 
21:00 Mançester Yunayted – Şeffild Yunayted
21:00 Nyukasl – Aston Villa
21:00 Norviç – Everton
21:00 Vulverhempton – Bornmut
23:15 Liverpul – Kristal Pelas
 
25 iyun
 
21:00 Bernli – Uotford
21:00 Sauthempton – Arsenal
23:15 çelsi – Mançester Siti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest