"Arsenal" müdafiəçisi David Luisla müqavilə müddətini uzadır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı oyunçu daha bir il komandada qalacaq.

Luisin söləşməsi bu ayın sonu başa çatır. ötən mövsüm "çelsi"dən heyətə cəlb edilən təcrübəli futbolçunun "Arsenal"dakı gələcəyi sual altında idi. Onun Premyer Liqanın 28-ci turunda "Mançester Siti"yə qarşı performansı tənqid atəşinə tutulub.

Lakin rəhbərlik təcrübəli müdafiəçi ilə müqaviləni uzatmaq niyyətindədir. Futbolçu 2020-21-ci ildə də London klubunun formasını geyinəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest