İngiltərənin "Arsenal" klubu 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Arsenal" müdafiəçi David Luislə bir illik sözləşmə imzalayıb.
 
İcarə əsasında komandada çıxış edən Dani Sebalyos (müqavilə ilə "Real"a məxsus) cari mövsümün sonuna qədər "topçular"ın formasını geyinəcək.
 
Pablo Mari və Sedrik Soareş isə uzunmüddətli müqavilə imzalayıb. Hər iki futbolçu mövsümün əvvəlində icarə əsasında "Arsenal"a keçmişdi. Mari "Flamenqo"dan, Sedrik isə "Sauthempton"dan icarəyə gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest