İngiltərənin "çelsi" klubu Pedro Rodriqes və Villianla yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, hər iki futbolçu cari mövsümün sonuna qədər "zadəganlar"da forma geyinəcək.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçunun əvvəlki müqaviləsinin müddəti iyunun 30-na qədər idi.
 
Pedro və Villian mövsüm başa çatdıqdan sonra "çelsi"dən azad agent kimi ayrılacaqlar. Pedronun "Roma"ya transfer olunacağı gözlənilir. Villianın adı isə "Mançester Yunayted" və "Tottenhem"lə hallanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest