Fransa milli komandasının sabiq futbolçusu Jeremi Menez yenidən İtaliyaya qayıdıb.
 
Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu "Recina"ya transfer olunub.
 
Bu barədə C Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Menez "Recina"yla üç illik müqavilə imzalayıb.
 
Menezin son klubu Fransa "Paris"i olub. Hücumçu, 2-ci liqa təmsilçisiylə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.
 
Karyerası ərzində "Roma", PSJ, "Milan", "Monako", "Bordo" kimi klublarda çıxış edən hücumçu, 24 dəfə də Fransa milli komandasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest