"Napoli" mövsümün sonunda müdafiəçisi Kalidu Kulibalini satmaq niyyətindədir. Matc.az xəbər verir ki, rəhbərlik seneqallı futbolçunun qiymətini 77 milyon avro olaraq bəlirləyib.

"Napoli" daha öncə oyunçuya 100 milyon dəyər biçmişdi. Lakin 29 yaşlı müdafiəçinin karyerasını Premyer Liqada davam etdirmək istəməsi rəhbərliyi endirimə getməyə məcbur edib.

 Onun əvvəllər "Liverpul"a keçəcəyi söylənsə də, hazırda "Mançester Siti"yə daha yaxın olduğu vurğulanıb. Buna səbəb kimi "qırmızılar"ın müdafiədən daha çox hücumu gücləndirməyi düşündüyü qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest