İngiltərə çempionşipdə 38-ci tur çərçivəsində "Kardiff" "Lids Yunayted"lə qarşılaşıb (2:0). Matc.az xəbər verir ki, azarkeşsiz keçirilən oyunda maraqlı hadisə baş verib.

Belə ki, görüşlər koronavirus pandemiyası səbəbindən boş tribunalar önündə oynandığı üçün klublar oturacaqlara azarkeşlərin göndərdiyi şəkilləri qoymağa qərar verib. çempionatda bir neçə komandanın tətbiq etdiyi bu qayda üçün hər tamaşaçı 25 sterlinq ödəyir.

Ancaq sözügedən qarşılaşmada "Lids Yunayted" azarkeşlərindən biri tribunada görünməsi üçün öz şəklini yox,"Əl Qaidə" teror təşkilatının sabiq sədri üsamə bin Ladenin fotosunu göndərib.

Klub əvvəlcə həmin şəkli tribunaya yerləşdirsə də, təpkilərin ardından onu götürməyə məcbur qalıb. Hadisə yerli mətbuatda geniş müzakirəyə səbəb olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest