FİFA milli federasiyalara koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün 1,5 milyard dollara yaxın məbləğdə maliyyə yardımı edəcək.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, ali futbol qurumu milli federasiyalara yardımı üç mərhələdə edəcək.
 
İlk iki mərhələdə AFFA da daxil olmaqla quruma üzv olan hər bir assosiasiyaya 1, konfederasiyalara isə 2 milyon dollar yardım ediləcək. Qadın futbolunun inkişafı üçün isə əlavə 500 min dollar veriləcək.
 
3-cü mərhələdə isə hər bir milli federasiyanın gəlirlərinin 35 faizi məbləğində kredit alması üçün FİFA-ya müraciət etmək hüququ olacaq.
 
FİFA-nın ümumi dəstəyinin 1,5 milyard dollara yaxın olacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest