Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, "knyazlıq klubu" Niderlandın "NEK Neymegen" klubundan Antoni Musabı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Monako"nun 19 yaşlı cinah futbolçusu üçün qarşı tərəfə 2 milyon avro ödədiyi bildirilir. Onunla 5 illik müqavilə imzalanıb. Müqavilə transfer pəncərəsi açıldıqdan sonra – iyulun 1-dən qüvvəyə minəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest