Niderland yığmasının sabiq yarımmüdafiəçisi Aryen Robben yenidən futbola qayıdıb.
 
Matc.az xəbər verir ki, ötən mövsümün sonunda "Bavariya"dan ayrılandan sonra karyerasını başa vurduğu bəyan edən 36 yaşlı vinger, bir illik fasilədən sonra ilk klubu "Qroningen"lə peşəkar müqavilə imzalayıb.
 
Qeyd edək ki, Robben peşəkar karyerasına məhz sözügedən Niderland klubunda başlayıb. O, daha sonra PSV, "çelsi", "Real" və "Bavariya"da forma geyinib. Aryen Münhen klubunda 18 kubok qazanıb. Bütövlükdə isə o, 1 dəfə çempionlar Liqasının, 1 dəfə UEFA Superkubokunun, 8 dəfə Almaniya Bundesliqasının, 5 dəfə Almaniya Kubokunun, 2 dəfə İngiltərə Kubokunun, 2 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə Hollandiya Superkubokunun, 1 dəfə Hollandiya çempionatının, 1 dəfə İspaniya La Liqasının qalibi olub. Robben rəqib qapılarından 99 top keçirməklə Bundesliqada ən çox qol vuran niderlandlı futbolçudu.
 
Niderland millisində 96 oyuna çıxan yarımmüdafiəçi 37 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest