Futbol üzrə Almaniya Bundesliqasında mövsümü 82 xalla çempion qismində başa vuran "Bavariya"nın hücumçusu Tomas Müller yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisinin 30 yaşlı ulduz futbolçusu bu mövsüm 21 məhsuldar ötürməyə imza atıb.
 
Bu isə Bundesliqa tarixində yeni rekorddu. O, buna meydana çıxdığı 26 oyunda nail olub. 15 fərqli oyunda asist edən alman futbolçu, geridə qalan mövsümdə 8 qola da imza atıb.
 
Xatırladaq ki, Bundesliqa tarixində əvvəlki asist rekordu Kevin de Breyneyə məxsus idi. O, buna 2014/15 mövsümündə "Volfsburq"un heyətində imza atmışdı. Hazırda "Mançester Siti"nin şərəfini qoruyan Belçika yığmasının üzvü həmin mövsüm 20 məhsuldar ötürmə müəllifi olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest