Futbol üzrə İspaniya 2-ci liqasında 36-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Rasinq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 62-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Albasete" hazırda 43 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest