Koronavirus pandemiyasına görə fevraldan bəri təxirə salınan futbol üzrə İran çempionatında mövsüm bərpa olunub.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" bu gün 22-ci tur çərçivəsində doğma meydanda "Nassaji Mazandaran" ilə qarşılaşıb. Cənubi Azərbaycan nəhəngi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" isə bu turda səfərdə "Fulad"la üz-üzə gələcək.
 
"Traktor" hazırda 37 xalla 16 kollektiv arasında 4-cü, "Maşinsazi" isə 24 xalla 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest