"Neftçi Peşəkar Futbol Klubu" MMC 2019-cu ili 959 min manat mənfəətlə başa vurub.
 
Matc.az bu barədə klubun maliyyə hesabatına istinadən xəbər verir. 
 
ötən il "Neftçi Peşəkar Futbol Klubu"nun əməliyyat gəlirləri 12,5 milyon manat (əvvəlki ilə nisbətən 11,3% çox), əməliyyat xərcləri 11,5 milyon manat (18,2% çox), maliyyə xərcləri isə 4 min manat (40% az) təşkil edib.
 
Bu il yanvarın 1-nə "Neftçi Peşəkar Futbol Klubu"nun aktivləri 18,6 milyon manat olub ki, bu da illik müqayisədə 22,1% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri 63,6% azalaraq 965 min manata düşüb, balans kapitalı isə 40,1% artaraq 17,7 milyon manata çatıb.
 
Xatırladaq ki, "Neftçi Peşəkar Futbol Klubu" kommersiya qurumu ilə 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 600 manatdır. 
 
"Keşlə Peşəkar Futbol Klubu" MMC isə 2019-cu ili 429 min manat zərərlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 52,1% çoxdur.
 
ötən il "Keşlə Peşəkar Futbol Klubu"nun əməliyyat gəlirləri 4,8 milyon manat (əvvəlki ilə nisbətən 76,5% çox), əməliyyat xərcləri isə 5,2 milyon manat (74,2% çox) təşkil edib.
 
Bu il yanvarın 1-nə "Keşlə Peşəkar Futbol Klubu"nun aktivləri 17 min manat olub ki, bu da illik müqayisədə 9% azdır. Hesabat dövründə Klubun öhdəlikləri 2,4 dəfə artaraq 728 min manata, balans kapitalının çatışmazlığı (müflislik göstəricisi) isə 2,5 dəfə artaraq 711 min manata çatıb.
 
Xatırladaq ki, "Keşlə Peşəkar Futbol Klubu" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest