"Xorvatiyanın heyətində Modriç, Rakitiç kimi dünya ulduzları, Uelsdə Beyl var. Amma yenə də mübarizə aparmaq olar. Məncə, yığmamız qrupda 3-cü yeri tutsa, böyük uğur olar"

"Dünya futbolunda kiçilmə gedir. Yalnız böyük yığmalar istisnadı. Bizə isə onlardan heç biri düşmədi". Bunu matç.az saytına açıqlamasında Avro-2020-nin seçmə qrup mərhələsini dəyərləndirən yığmamızın sabiq üzvü Kamal Quliyev deyib.

Onun fikrincə, millimizlə eyni qrupa düşən Xorvatiya, Uels, Slovakiya və Macarıstan önündə böyük şansımız yoxdu: "Fikrimcə, heç bir şansımız yoxdu. Güclü yığmalarla bir qrupa düşmüşük. Real götürəndə, bu gün rəqiblərlə öz səviyyəmizi müqayisə edə bilmərik. Xorvatiyanın heyətində Modriç, Rakitiç kimi dünya ulduzları, Uelsdə Beyl var. Amma yenə də mübarizə aparmaq olar. Məncə, yığmamız qrupda 3-cü yeri tutsa, böyük uğur olar. İnanıram ki, uşaqlar "vuruşacaq", mübarizə aparacaqlar. Futbolda hər şey ola bilər".

42 yaşlı mütəxəssis keçmişdə qarşılaşdıqları bu rəqiblərin əvvəllər daha güclü olduqlarını düşünür: "Bu komandaların əvvəlki gücləri ilə indiki gücləri arasında böyük fərq var. Bizim şəraitimiz də çox pis idi. Bir oyuna getmək üçün 3 reys dəyişirdik. Ora yorğun vəziyyətdə gedib çıxırdıq. üstəlik, bu rəqiblərin əvvəlki oyunçuları daha güclü idi. O vaxt heyətlərində kifayət qədər ulduz oyunçular olardı".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest