Fransanın PSJ klubunun hücumçusu Neymar "Barselona"ya transfer olunmaq üçün Paris klubu ilə anlaşıb.
 
Matc.az AS-a istinadən xəbər verir ki, anlaşmaya görə, Kataloniya klubu bu yay braziliyalı futbolçunu heyətinə qatmaq istəsə, PSJ onun keçidinə mane olmayacaq.
 
PSJ isə Neymardan mövsümün sonuna qədər komandada qalmasını və UEFA çempionlar Liqasında öhdəliklərini yerinə yetirib, ən yaxşı şəkildə çıxış etməsini istəyib.
 
"Barselona" keçən yay da Neymarı heyətinə qatmaq istəmiş, lakin bu transfer baş tutmamışdı.
 
Neymarın PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest