İngiltərə çempionu "Liverpul" gənc futbolçusu Kurtis Consla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
 
19 yaşlı yarımmüdafiəçi mersisaydlılarla 2025-ci il iyunun 30-dək sözləşmə imzalayıb.
 
İngilis futbolçu "qırmızılar"ın yetirməsidir. Kurtis bu mövsüm əsas komandada 8 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. O, İngiltərənin U-19 yığmasının da üzvüdü.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest