İngiltərənin "Tottenhem" klubunun futbolçusu Erik Dayer cəzalandırılıb.
 
Matc.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası 26 yaşlı futbolçunu 4 oyunluq diskvalifikasiya edib.
 
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Dayer həmçinin 40 min funt-sterlinq məbləğində də cərimələnib.
 
Dayerin cəzalanmasına səbəb, İngiltərə kubokunun 5-ci mərhələsində "Norviç"lə matçdan (1:1, penaltilər 3:4) sonra tribunaya qalxaraq, azarkeşlə mübahisə etməsi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest