Futbol üzrə Estoniya çemponatında 11-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Paide" ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
9-cu turda aldığı qırmızı vərəqəyə görə cəzalı duruma düşən Novruzov bu oyunun iştirakçısı olmayıb.
 
Qeyd edək ki, "Narva Trans" 10 komandalı çempionatda 11 turdan sonra 6 xalla sonuncu pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest