Futbol üzrə Niderland və İspaniya milli komandaları arasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış yoxlama oyununun yeni tarixi açıqlanıb.
 
Matc.az xəbər verir ki, qarşılaşma noyabrın 11-də Amsterdamda keçiriləcək.
 
Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Əslində bu qarşılaşmanın martda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası ilə əlaqədar həmin vaxt bu qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest