Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Son turda "Sauthempton"a məğlub olan "Mançester Siti" bu turda "Nyukasl"ı sınağa çəkib və 5 cavabsız qola sevinib. çempion "Liverpul" isə səfərdə "Brayton"un qonağı olub və turu inamlı qələbə ilə başa vurub. 
 
"Vulverhempton" səfərdə "Şeffild Yunayted"ə, "Vest Hem" isə evdə "Bernli"yə minimal hesabla uduzub.
 
İngiltərə Premyer Liqası
34-cü tur
7 iyul
 
Kristal Pelas – çelsi 2:3
Qol: Zaha, 34. Benteke, 72 – Jiru, 6. Pulişiç, 27. Abraham, 71.
 
Uotford – Norviç 2:1
Qol: Dauson, 10. Uelbek, 55 – Buendia, 4.
 
Arsenal – Lester 1:1
Qol: Obameyanq, 21 – Vardi, 84.
 
8 iyul
 
Mançester Siti – Nyukasl 5:0
Qol: Q.Jesus, 10. Mahrez, 21. F.Fernandes, 58-öz qapısına. D.Silva, 65. Sterlinq, 90+1.
 
Şeffild Yunayted – Vulverhempton 1:0
Qol: Eqan, 90+3.
 
Vest Hem – Bernli 0:1
Qol: X.Rodriqes, 38.
 
Brayton – Liverpul 1:3
Qol: Trossard, 45 – Salah, 6; 76. C.Henderson, 8.
 
9 iyul
 
21:00 Bornmut – Tottenhem
21:00 Everton – Sauthempton
23:15 Aston Villa – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest