Futbol üzrə İspaniya La Liqasında 35-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün daha qarşılaşma baş tutub.
"Betis" "Osasuna"nı doğma meydanda üç cavabsız qolla məğlub edib.
Səfərdə "Xetafe" ilə qarşılaşan "Vilyarreal" da turu qələbə ilə başa vurub.
"Barselona" isə Kataloniyanın digər təmsilçisi "Espanyol"u sınağa çəkib. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olub. Sonuncu pillədə qərarlaşan "Espanyol"un isə son üç turun nəticələrindən asılı olmayaraq, La Liqanı tərk etməsi rəsmiləşib.
İspaniya La Liqası
35-ci tur
7 iyul
Valensiya – Valyadolid 2:1
Qol: M.Qomes, 30. Kanqin, 89 – V.Qarsiya, 47.
Selta – Atletiko 1:1
Qol: Beltran, 49 – Morata, 1.
8 iyul
Betis – Osasuna 3:0
Qol: Q.Rodriqes, 4. Alfonso, 25. Alena, 90+7.
Xetafe – Vilyarreal 1:3
Qol: Duro, 80 – Kasorla, 66-pen; 86-pen. Pena, 90+3.
Barselona – Espanyol 1:0
Qol: L.Suares, 56.
9 iyul
21:30 Eybar – Leqanes
21:30 Malyorka – Levante
00:00 Atletik – Sevilya
10 iyul
21:30 Real Sosyedad – Qranada
00:00 Real – Alaves