"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo son vaxtlar adı müxtəlif klublarla yanaşı çəkilən Arkadiuş Miliklə bağlı açıqlama verib.
 
Matc.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, mütəxəssis, Milikin ayrılmaq istədiyini təsdiq edib:
 
"Milikdən daha yaxşı futbolçu tapmaq çətindir. Amma bir futbolçu komandadakı vaxtının bitdiyinə inananda və dəyişiklik istəyəndə, onu dinləməlisən. Hansısa futbolçunu iradəsinə qarşı gələrək, komandada saxlaya bilməzsiz. Hər bir futbolçunun istəyinə hörmət göstərməliyik".
 
Milikin adı "Tottenhem"lə yanaşı çəkilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest