Futbol üzrə Gürcüstan çempionatında 5-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtrediya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "çixura" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə iki qola imza atan futbolçu bu dəfə fərqlənə bilməyib.
 
5 turdan sonra hesabında 5 xal olan "Samtrediya" 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest