"Napoli" baş məşqçi Cennaro Qattuso ilə müqavilə müddətini uzadıb. Matc.az  "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, yeni razılaşma 2023-cü ilin yayına qədər hesablanıb.

Bildirilir ki, qərar yaxın günlərdə rəsmən açıqlanacaq. İtaliyalı mütəxəssisin əvvəlki müqaviləsi 2021-ci ilə qədər idi. Ancaq rəhbərlik bu müddəti daha iki il uzadıb.

Qeyd edək ki,  "Napoli" A Seriyasında 31 turdan sonra 51 xalla 6-cı yerdədir. Komanda iyunda İtaliya kubokunun finalında "Yuventus"u penaltilər seriyasında məğlub etmişdi (4:2).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest