"Təklif ciddi oldu və rəhbərlərin etibarlı olduqlarını sübut etdikləri üçün bu seçimi etdim. Azərbaycan futbolda böyüyən bir ölkədir"

Matc.az xəbər verir ki, bu sözləri futbol üzrə milli komandamızın baş məşqçisi Canni de Byazi ölkəsinin mətbuatına deyib. İtaliyalı mütəxəssis AFFA ilə təmasın hələ fevralda başladığını bildirib: "Pandemiya səbəbindən danışıqlar dayandırıldı. Müqaviləm 2021-ci ilin sonuna qədərdir. Avqusda Azərbaycanda olacam. Təəssüf ki, işləmək üçün az vaxtım var, daha çoxunu istəyərdim. Amma koronavirus hamımızı dayanmağa vadar etdi. İlk oyunumuzu sentyabrın 5-də Millətlər Liqasının qrup mərhələsində Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var".

64 yaşlı çalışdırıcı paytaxt Bakı barədə xoş sözlər söyləyib. O, qarşıya qoyulan hədəfdən də söz açıb: "Bakı möhtəşəm şəhərdir. Bir neçə dəfə orada olmuşam və Bakının gözəlliyi məni səssiz qoyub. Böyük, aktiv, dinamik şəhərdir, 2 milyon əhalisi var və Xəzər dənizi sahilindədir. Şəhərdə qədimi divarların gözəlliyini də görə bilərsiniz. Bu, həqiqətən də, sehrdir. Razılığa görə, əsasən orada yaşayacağam. Albaniyadakı kimi edə bilmərəm. Tiranadan İtaliyaya asanlıqla gedə bilirdim. Bakı ilə məsafə isə uzaqdır, İstanbula getməli, oradan Bakıya yollanmalısınız. AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu, Qətərdə keçiriləcək Dç-2022-yə aparan yoldur. Biz də üzərimizə düşəni etməyə çalışacağıq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest