"Barselona"nın prezidenti Xosep Bartomeu Xavi Hernandesin komandanın başına keçəcəyi iddialarına münasibət bildirib. Matc.az xəbər verir ki, klub rəhbəri baş məşqçi axtarışında olmadıqlarını bildirib:

"Xavi gec-tez komandanın məşqçisi olacaq. Ancaq hazırda Kike Setyenlə birlikdəyik. O, La Liqa və çempionlar Liqası matçlarında komandanın başında olacaq. "Napoli"ni məğlub edib Lissabona getmək isyətirik. Növbəti mövsümün planlarını danışmaq üçün onunla görüşmüşük".

Qeyd edək ki, KİV ispaniyalı mütəxəssisin mövsüm sonu "Barselona"dan ayrılacağını iddia edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest