Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib.
 
Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın hər 3 ev oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
 
Qeyd edək ki, milli Bakıda sentyabrın 5-də Lüksemburq (17 noyabr – səfər oyunu), oktyabrın 13-də Kipr (8 sentyabr – səfər oyunu), noyabrın 14-də isə Monteneqro (10 oktyabr – səfər oyunu) yığması ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest