Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub. 
 
"Kasımpaşa" "Rizəspor"u məğlub yola salıbsa, "Kayserispor" – "Qaziantep" matçında qalib müəyyənləşməyib.
 
Lider "Başakşəhər" bu turda səfərdə "Konyaspor"un qonağı olub və bol qollu matçdan məğlubiyyətlə ayrılıb. "Trabzonspor" da "Dənizlispor"la qarşılaşmada oxşar aqibətlə üzləşib. "Yeni Malatyaspor"un qonağı olan "Beşiktaş" isə turu qələbə ilə başa vurub.
 
Türkiyə Super Liqası
32-ci tur
11 iyul
 
Göztəpə – Gənclərbirliyi 1:3
Qol: A.öztürk, 90+1 – Sio, 33. Stanku, 45+2. Sessenyon, 75.
 
12 iyul
 
Ankaragücü – Qalatasaray 1:0
Qol: Skarione, 62-pen.
 
Antalyaspor – Alanyaspor 1:0
Qol: Yahoviç, 22.
 
Fənərbaxça – Sivasspor 1:2
Qol: D.Turuç, 27 – Kone, 9-pen. E.Kılınç, 44.
 
13 iyul
 
Kasımpaşa – Rizəspor 2:0
Qol: Hayradinoviç, 53. A.Koç, 78.
 
Kayserispor – Qaziantep 1:1
Qol: Kravets, 90+2 – Maksim, 62.
 
Dənizlispor – Trabzonspor 2:1
Qol: Saçko, 46. Estupinan, 84 – Ekuban, 14.
 
Konyaspor – Başakşəhər 4:3
Qol: Miya, 20; 45+1. O.Şahiner, 27. Şkubiç, 85 – Vişça, 3-pen. D.Ba, 70. Elia, 77.
 
Yeni Malatyaspor – Beşiktaş 0:1
Qol: C.Erkin, 51-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest