Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların üzvlərindən növbəti dəfə koronavirus testi götürülüb. 
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
 
6-12 iyun tarixləri aralığında götürülən 2071 testdən yalnız birinin nəticəsi müsbət çıxıb. Həmin şəxsin adı və hansı klubu təmsil etdiyi açıqlanmır. O, 7 gün karantində saxlanılacaq.
 
Premyer Liqa klublarında indiyə qədər 18 351 test götürülüb. Onlardan 20-nin nəticəsi müsbət olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest