İdman Arbitraj Məhkəməsi (CAS) Əfqanıstan Futbol Federasiyasının sabiq prezidenti Kəraməddin Kərimin apellyasiya şikayətinə baxıb.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, CAS qadınlardan ibarət yerli yığmanın üzvlərinə fiziki və cinsi təcavüzdə ittiham olunan və bu səbəbdən futboldan ömürlük kənarlaşdırılan funksionerin şikayətini təmin etməyib.
 
Kərimlə bağlı qərar qüvvədə saxlanılıb. FIFA buna görə CAS-a təşəkkür edib.
 
Qeyd edək ki, Kəraməddin Kərim 2019-cu ilin dekabrında ali futbol qurumunun qərarı ilə cəzalandırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest