"Beşiktaş" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçisi Kevin Nkudunun xidmətindən məhrum olub.
 
Fransalı futbolçu Super Liqanın 32-ci turu çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdikləri "Yeni Malatyaspor"la oyunda sarı vərəqə almaqla cəzalı duruma düşüb. Bu oyunun 80-ci dəqiqəsində cəzalanan futbolçu növbəti turda qarşılaşaqları "Fənərbaxça" ilə derbidə iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, 33-cü tur çərçivəsində baş tutacaq "Beşiktaş" - "Fənərbaxça" matçı iyulun 19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest