"Give Me Sport" nəşri XXI əsrin klub səviyyəsində keçirilmiş oyunlarda qolların nisbəti üzrə ən yaxşı futbolçuların reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, 726 matçda 630 qol vurmuş "Barselona"nın hücumçusu Lionel Messi (0,87) reytinq siyahısına başçılıq edir.

"Give Me Sport" nəşri XXI əsrin klub səviyyəsində keçirilmiş oyunlarda qolların nisbəti üzrə ən yaxşı futbolçuların reytinq siyahısını açıqlayıb.
 
Matc.az xəbər verir ki, 726 matçda 630 qol vurmuş "Barselona"nın hücumçusu Lionel Messi (0,87) reytinq siyahısına başçılıq edir.
 
İkinci pillədə "Yuventus"un futbolçusu Kristiano Ronaldo (0,77) qərarlaşıb. O, 812 oyunda 626 dəfə fərqlənib. 472 görüşdə 345 dəfə adını tabloya yazdırmağa bacaran Robert Levandovski (0,73) 3-cü sıradadır.
 
 
Siyahıda digər futbolçular da yer alıb:
 
1. Lionel Messi (0,87).
 
2. Kriştianu Ronaldu (0,77).
 
3. Robert Levandovski (0,73).
 
4. Luis Suares (0,67).
 
5. Neymar (0,65).
 
6. Kilian Mbappe (0,65).
 
7. Harri Keyn (0,63).
 
8. Zlatan İbrahimoviç (0,62).
 
9. Edinson Kavani (0,61).
 
10. Rud Van Nistelroy (0,60).
 
11. Serxio Aquero (0,59).
 
12. Radamel Falkao (0,58).
 
13. Tyerri Anri (0,57).
 
14. Ronaldo (0,56).
 
15. Pauleta (0,56).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest