"Yuventus"un hücumçusu Kristiano Ronaldo növbəti rekordunu qırmağa hazırlaşır.

Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu Premyer Liqa, La Liqa və A Seriyasında 50 qol vurmağı bacaran ilk oyunçu ola bilər. Məlumata görə, 2018-ci ildən İtaliyada çıxış edən 35 yaşlı hücumçunun aktivində 49 qol var. 

O, bir dəfə də adını tabloya yazdırdığı təqdirdə, İngiltərə, İspaniya və İtaliya çempionatlarında 50 qol vurmağı bacaran ilk futbolçu olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest