Futbolçu karyerasını başa vuran Rəşad Sadıqov "Qarabağ"dan ayrılıb.
 
Matc.az xəbər verir ki, təcrübəli futbolçunun Ağdam klubunda qalıb, Qurban Qurbanovun köməkçisi kimi çalışacağı ehtimal olunsa da, bu, alınmayıb.
 
Tərəflər artıq yollarını ayırmağa qərar veriblər. Kapitan bunu sosial şəbəkə hesabında da etiraf edib:
 
"Əziz "Qarabağ" azarkeşləri, "Qarabağ" ailəsi. "Qarabağ"ın formasını 11 il böyük qürur və fəxr hissi ilə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. "Qarabağ"dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib, uğurlar arzu edirəm".
 
Rəşadın bundan sonra baş məşqçi kimi çalışacağı iddia olunur. Onun bir neçə gün əvvəl Zaur Həşimovu istefaya göndərən "Zirə"nin baş məşqçisi təyin olunması ehtimal edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest