İngiltərə çempionşipində futbolçular, məşqçilər və klub işçilərindən götürülmüş növbəti analizlərin nəticələri açıqlanıb. 
 
Matc.az İngiltərə Futbol Liqasının (EFL) rəsmi saytına istinadən xəbər verir ki, 24 klubun 2 855 üzvündən test götürülüb.
 
Onlardan birinin nəticəsi müsbət olub. Lakin həmin şəxsin kimliyi açıqlamayıb.
 
Qeyd edək ki, iyunun 24-də çempionşipdə daha 3 yoluxma qeydə alınıb. Dünən isə İngiltərə Premyer Liqasında bir futbolçuda koronavirus aşkarlanıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest