"Beşiktaş"ın ispan müdafiəçisi Viktor Ruis İstanbul təmsilçisi ilə müqaviləni birtərəfli olaraq ləğv edib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Ruisin pandemiya dövründəki alacaqlarının tam ödənilmədiyi üçün bu addımı atdığı bildirilib.
 
İstanbul təmsilçisi koronavirus pandemiyasından əvvəl oyunçuya bütün ödənişlərinin olunduğunu, pandemiyadan sonra alacaqları ilə bağlı danışıqlar aparılmasını qəbul etmədiyini bəyan edib. Klub məhkəməyə müraciət edəcəyini vurğulayıb.
 
Qeyd edək ki, Ruis 2019/20 mövsümünün əvvəlində 2,5 milyon avroya "Vilyarreal"dan "Beşiktaş"a transfer olunmuşdu. O, Super Liqa klubu ilə 3 illik müqavilə imzalamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest