"Tottenhem" İngiltərə Premyer Liqasının 36-cı turunda "Nyukasl"ı məğlub edib.
 
Matc.az xəbər verir ki, 3:1 hesabıyla bitən görüş London təmsilçisinin hücumçusu Harri Keyn üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Belə ki, görüşdə dubl edən Keyn, karyerasındakı 200 və 201-ci qollarına imza atıb.  26 yaşlı hücumçu bu saya 350 oyunda çatıb.
 
Bu mövsüm 32 oyunda iştirak edən Keyn, 21 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest