Futbol üzrə İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
 
Açılış matçında "Eybar" "Valyadolid"i qəbul edəcək. Dörd qolun qeydə alındığı bu matç meydan sahiblərinin qələbəsiylə bitib.
 
"Barselona" bu turda "Osasuna" isə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. Madridin "Atletiko" klubu isə "Xetafe" səfərindən inamlı qələbə ilə dönüb.
 
Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider "Real" doğma meydanda "Vilyarreal"ı qəbul edib. "Kral klubu" bu görüşdə qalib gəlməklə sona bir tur qalmış çempionluğunu elan edib. Bu, Madrid təmsilçisinin tarixində 34-cü belə uğurdu. 
 
İspaniya La Liqası
37-ci tur
16 iyul
 
Eybar – Valyadolid 3:1
Qol: Biqas, 21. İnui, 28. De Blasis, 90+2-pen – Qvardiola, 71.
 
Atletik – Leqanes 0:2
Qol: Gerrero, 79. Assale, 90+4.
 
Barselona – Osasuna 1:2
Qol: Messi, 62 – A.Xose, 15. R.Torres, 90+4.
 
Betis – Alaves 1:2
Qol: Loren, 90+4 – Xoselu, 53. Eli, 77.
 
Selta – Levante 2:3
Qol: Mina, 36. Aspas, 45+1 – Bardi, 11; 28. Mayoral, 52. 
 
Xetafe – Atletiko 0:2
Qol: Lyorente, 54. Tomas, 80.
 
Malyorka – Qranada 1:2
Qol: Kuço, 20 – Dias, 45+1. Fernandes, 69.
 
Real – Vilyarreal 2:1
Qol: Benzema, 29; 77-pen – İborra, 83.
 
Real Sosyedad – Sevilya 0:0
 
Valensiya – Espanyol 1:0
Qol: Qameyro, 17.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest