2023-cü ildə Fil Dişi Sahilində keçiriləcək Afrika Millətlər Kubokunun vaxtı açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) baş katibi Abdel Ba məlumat verib.
O, yarışın iyun - iyul aylarında baş tutacağını söyləyib.
Qeyd edək ki, 2021-ci ilin yanvar - fevralında Kamerunda təşkili planlaşdırılan Afrika Millətlər Kuboku koronavirusa görə 2022-ci ilə təxirə salınıb.