"Zirə" klubunun baş məşqçisi müəyyənləşib. Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, komandanın yeni çalışdırıcısı Rəşad Sadıqov olub.

Məlumata görə, mütəxəssislə 3 illik müqavilə bağlanıb. Bununla bağlı "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov klubun mətbuat xidmətinə açıqlama verib:

"Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. "Qarabağ"ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest