"Səbail" Maykl Esyenlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsindən məlumat verilib.

Paylaşımda "səninlə bir komandada işləməkdən hər birimiz zövq alırıq. Klub üçün etdiyin hər şeyə görə təşəkkürlər. Uğurlar, Maykl" – deyə, yazılıb.

Qeyd edək ki, təcrübəli futbolçu ötən ilin martından paytaxt təmsilçisinin formasını geyinir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest