"Gənclik şəhəri" təmsilçisi ilə danışıqların davam etdiyini söyləyən İsrailli futbolçu bildirib ki, hələlik təklifi götür-qoy edir

"Karyeramı "Sumqayıt"da davam etdirib-etdirməyəcəyimi bilmirəm".
 
Bu fikirləri mövsümün sonunda "Sumqayıt"la müqaviləsi başa çatan Əmir Ağayev deyib.
 
"Gənclik şəhəri" təmsilçisi ilə danışıqların davam etdiyini söyləyən İsrailli futbolçu bildirib ki, hələlik təklifi götür-qoy edir: "Sumqayıt" mənə ötən mövsümdəkindən daha az məvacib təklif edib. Ona görə də danışıqlar uzanır".
 
Klubun Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov isə "Report"a deyib ki, hazırda Ağayevlə yanaşı digər futbolçularla da danışıqlar gedir. Onun sözlərinə görə, yaxın günlərdə qapıçı Aydın Bayramov, yarımmüdafiəçilər Murad Xaçayev və Vüqar Mustafayevlə yeni müqavilə imzalanacaq.
 
"Gənclik şəhəri" təmsilçisi daha əvvəl qapıçı Mehdi Cənnətov, müdafiəçi Elvin Bədəlovla müqaviləni 1 illik uzadıb, "Zirə"dən ayrılan Tellur Mütəllimov və sabiq futbolçusu Elvin Məmmədovu isə heyətinə qatıb.
 
Qeyd edək ki, Əmir Ağayev "Sumqayıt"da 2019-cu ilin yanvarından çıxış edir. (reprot)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest