Futbol üzrə İran çempionatında 25-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Sepahan"la qarşılaşıb. Cənubi Azərbaycan nəhəngi bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" isə bu turda "Zobahan"a səfərdə eyni hesabla qalib gəlib.
 
"Traktor" hazırda 44 xalla 16 kollektiv arasında 2-ci, "Maşinsazi" isə 27 xalla 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest