Əfsanəvi argentinalı Dieqo Armando Maradona yenə qalmaqalla gündəmə gəlib. Matç.az saytının məlumatına görə, mütəxəssis bu dəfə Meksikada azarkeşlərə hücum çəkib.
 
Məsələ burasındadı ki, onun baş məşqçisi olduğu "Dorados" klubu elitaya yüksəlmək uğrunda pley-off görüşündə San-Luis "Atletiko"suna 2:4 hesabı ilə məğlub olub. Nəticədən narazı qalan azarkeşlər müxtəlif şüarlarla etirazlarını bildiriblər. Buna dözməyən Maradona onlara hücum çəkib və vurmağa çalışıb. Lakin klub rəsmilərinin müdaxiləsindən sonra 58 yaşlı mütəxəssisi ordan uzaqlaşdırmaq mümkün olub.
 
Qalmaqalın videosunu çəkən yerli jurnalist Gilyermo Kabrera onu tvitterdə paylaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest