Yeni mövsümdə futbol üzrə İspaniya La Liqasında mübarizə aparacaq daha bir klubun adı məlum olub.
 
Matc.az xəbər verir ki, bu, "Hueska"dır. Sequndanın 41-ci turunun "Numansiya" ilə oyununda qələbə qazanan "Hueska" sona bir tur qalmış elitaya vəsiqəni təmin edib.
 
41 oyunda 67 xal toplayan "Hueska" çempionatda 2-ci sıradadır. Bundan əvvəl lider "Kadis" La Liqaya vəsiqəni təmin etmişdi.
 
Qeyd edək ki, mövsümün nəticələrinə görə İspaniya La Liqasını tərk edəcək komandalardan da ikisinin adı bəllidi. Son iki pillədə qərarlaşan "Espanyol"la "Malyorka"nın növbəti mövsümdən Sequndada mübarizə aparacağı dəqiqləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest