Braziliyanın "Flamenqo" klubunun çalışdırıcısı Jorje Jezus "Benfika"nın baş məşqçisi olmağa razılıq verib.
 
Matc.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 66 yaşlı mütəxəssislə ilkin razılıq əldə olunduğu bildirilir.
 
Jezus "Flamenqo" ilə 2021-ci ilin yayına qədər olan müqaviləsini erkən ləğv etmək üçün danışıqlar aparır.
 
Jezus 2009-2015-ci illər aralığında "Benfika"nı çalışdırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest