Fransanın "Monako" klubunda baş məşqçi Roberto Moreno ilə bağlı qərar verilib.
 
Matc.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb. Xəbərdə, "Monako"nun Moreno ilə yollarını ayıracağı bildirilib. Liqa 1 klubu baş məşqçi postuna "Bavariya"nın sabiq çalışdırıcısı Niko Kovaçı gətirəcək.
 
"Monako" Liqa 1-də koronavirus pandemiyasına görə ləğv olunan 2019/20 mövsümünü 9-cu sırada bitirib.
 
Moreno bu ilin yanvarında "Monako"ya baş məşqçi təyin olunmuşdu. Onun klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest