Futbolçuya "Səbail" Peşəkar Futbol Klubunun kollektivi adından dörd gözəl, emosional mövsüm üçün təşəkkür edilib və ona uğurlar arzulanıb

"Səbail" daha bir futbolçusu ilə vidalaşıb.
 
Matc.az xəbər verir ki, paytaxt klubu kapitan Eltun Yaqublu ilə yollarını ayırıb.
 
Bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb. Futbolçuya "Səbail" Peşəkar Futbol Klubunun kollektivi adından dörd gözəl, emosional mövsüm üçün təşəkkür edilib və ona uğurlar arzulanıb.
 
Xatırladaq ki, "Səbail" daha öncə Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov, Maykl Essyen və Ruslan Hacıyevlə yollarını ayırmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest