"Barselona" La Liqanın sonuncu – 38-ci turunda "Alaves"lə qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, Kataloniya klubunun hücumçusu Lionel Messi tarixi rekorda imza atmağa yaxındır. 
 
O, bu oyunla yeddinci dəfə La Liqada mövsümün bombardiri ola bilər. Argentinalı hücumçu indiyədək 6 dəfə bu ünvana sahib çıxıb ki, bu göstəricidə ona yalnız 1940-1955-ci illərdə "Atletiko"da çıxış etmiş Telmo Zarra şərikdir. Messi bu mövsüm bombardir olsa, La Liqa tarixində ən çox bombardir olan yeganə futbolçu olacaq.
 
Messi bu mövsüm 23 qol vurub və hazırda bombardirlər siyahısında liderdir. Onun ən yaxın izləyicisi "Real"ın futbolçusu Kərim Benzemadır. Fransalı futbolçunun aktivində 21 qol var.
 
"Alaves" – "Barselona" oyunu bu gün, saat 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest